DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ərdoğan Bəşər Əsədlə münasibətləri düzəltmək istəyir

Rusiya Prezidenti Vladimir Putin bu görüşün Türkiyədə keçirilə biləcəyini düşünür.
Sputnik
BAKI, 7 iyul - Sputnik. Elə bir mərhələyə gəldik ki, Suriya Prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələri düzəltmək üçün bir addım atdığı anda biz də ona qarşı elə münasibət göstərəcəyik.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
Ərdoğan deyib ki, Türkiyə dünən Suriya ilə düşmən olmayıb:
“Biz Əsəd ailəsi ilə görüşürdük. Ona dəvət göndərəcəyik. İnşaallah, bu dəvətlə birlikdə Türkiyə-Suriya əlaqələrini keçmişdəki səviyyəyə çatdırmaq istəyirik. Dəvətimiz hər an ola bilər".
Ərdoğan əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bu görüşün Türkiyədə keçirilə biləcəyini düşünür.
"Biz hər yerdə vasitəçilikdən danışırıq, qonşumuzla niyə olmasın?!” - Türkiyə prezidenti qeyd edib.