DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

BRİKS dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilir

Diplomat BRİKS-in unikal struktura malik olduğunu vurğulayıb.
Sputnik
BAKI, 7 iyul - Sputnik. BRİKS qlobal gündəmin formalaşmasında fəal iştirak etməkdə davam edi. iştirakçı ölkələr isə, tədricən dünya iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinə çevrilirlər.
Bunu Rusiyanın Çindəki səfiri İqor Morqulov deyib.
Diplomat BRİKS-in unikal struktura malik olduğunu vurğulayıb. Assosiasiyada aparıcı, dominant “qüvvə” yoxdur və bütün qərarlar birgə qəbul edilir.
“Birgə səylərlə biz BRİKS-də bir-birimizin inkişaf yollarına hörmət və maraqların nəzərə alınması əsasında dialoq mədəniyyəti yaratmağa nail olduq. Bu, iştirakçılara ən çətin məsələlərin həlli yollarını və ümumi dil tapmağa kömək edir”, – Morqulov Pekində keçirilən 12-ci Ümumdünya Sülh Forumu zamanı bildirib.
Qurulmuş əlaqələr və qarşılıqlı hörmət sayəsində BRİKS getdikcə daha da güclənir. Tədricən birləşmə bütün dünya iqtisadiyyatında əsas hərəkətverici qüvvəyə çevrilir. Hətta statistika da bunu əks etdirir. BRİKS ölkələrinin ümumi ÜDM-i artıq G7-nin ümumi daxili məhsulunu üstələyib.
“İlkin hesablamalara görə, bu il BRİKS ölkələrində orta iqtisadi artım templəri dünya üzrə orta göstəricidən xeyli yüksək olaraq qalır”, - Morqulov sözünü yekunlaşdırıb.
Daha əvvəl diplomat bildirib ki, BRİKS ölkələrinin məqsədi vahid valyuta yaratmaqdır. Üstəlik, bu, uzunmüddətli plandır.