DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ sakinləri kütləvi şəkildə smartfonları düyməli telefonlarla əvəz edirlər

Belə telefonlarla yalnız zəng etmək və mesaj yazmaq olar. Bu, insanlara təhlükəsizlik hissi verir – onlar mənəvi cəhətdən daha rahat və sakit, həyatda isə daha aktiv olurlar.
Sputnik
BAKI, 7 iyul — Sputnik. ABŞ sakinləri öz smartfonlarını kütləvi şəkildə adi düyməli telefonlara dəyişməyə başlayıblar.
"Daily Mail" bu tendensiya barədə yazıb.
KİV-in məlumatına görə, buna səbəb belə telefonların təhlükəsizliyidir. Onların üstünlüyü sözdə "primitivlik" olub.
Belə telefonlarla yalnız zəng etmək və mesaj yazmaq olar. Bu, insanlara təhlükəsizlik hissi verir – onlar mənəvi cəhətdən daha rahat və sakit, həyatda isə daha aktiv olurlar.
Belə ki, ötən il ABŞ-da 2,8 milyondan çox belə cihaz satılıb. Bu seçim yalnız özünüzü nəinki daha azad hiss etməyə imkan verir, həm də asılılıq və "xəyal maraqları" ilə mübarizə aparmağa kömək edir.
Əvvəllər bildirilirdi ki, ABŞ-da və dünyada baş verən hadisələr daha çox amerikalının depressiyaya düşməsinə səbəb olub. Bu, vətəndaşların 17,8%-ni əhatə edib. Son on ildə bu rəqəm, təxminən iki dəfə artıb.