BAKI, 6 iyul — Sputnik. İyulun 6-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 6-da kim anadan olub?
Corc Darvin (1845-1912) - ingilis astronomu və riyaziyyatçısıdır. Onun elmi əsərləri əsasən səma mexanikasına, qabarma nəzəriyyəsinə və kosmoqoniyaya həsr olunub.
Tamara Sinyavskaya (1943) - Sovet və Rusiya opera müğənnisi, SSRİ və Azərbaycanın xalq artisti, əfsanəvi azərbaycanlı Müslüm Maqomayevin həyat yoldaşı olub. O, geniş konsert fəaliyyəti ilə məşğul olub. Müğənni Rusiyada və xaricdə böyük konsert salonlarında solo konsertlərlə çıxış edib.
Tamara Sinyavskaya
© Sputnik / Murad Orujov
Silvestr Stallone (1946) - ABŞ aktyoru və rejissorudur. O, "Rokki", "Rembo", "Qaçış planı" və s kimi 50-dən çox filmdə rol alıb.
Silvestr Stallone
© AP Photo / Petros Giannakouris
Tom Henks (1956) - ABŞ səhnə və kino aktyorudur. Onun iştirakı ilə çəkilmiş ən məşhur filmlər "Böyük", "Törner və Huç", "Apollon 13" və s filmləridir.
Tom Henks
© AP Photo / Andrew Medichini
Yeva Qrin (1980) - Fransa teatr və kino aktrisası, modeldir. O, "Səmavi səltənət", "Tutqun kölgələr", "300 spartalı: Bir imperiyanın yüksəlişi", "Günahlar şəhəri 2", "Kazino "Royal" filmlərində rol alıb.
Yeva Qrin
© AP Photo / Alastair Grant
6 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1415-ci ildə ilk kilsə islahatçısı, çex filosofu, Praqa Universitetinin alimi Yan Qus dinsizlikdən günahlandırılaraq odda yandırılıb. Hər il iyulun 6-da Çexiya Yan Qusun Xatirə Gününü qeyd edir.
1785-ci ildə dollar ABŞ-ın milli valyutasına çevrilib.
1885-ci ildə fransız kimyaçısı və mikrobioloqu Lui Paster quduz it tərəfindən dişlənmiş doqquz yaşlı Cozef Meyster üzərində ilk dəfə quduzluğa qarşı peyvəndi uğurla sınaqdan keçirib.
2000-ci ildən Ümumdünya Kardioloqlar Günü qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.