BAKI, 6 iyul — Sputnik. Avropa Parlamentinə son seçkilərdə quruma üzv 27 ölkədən 20-də seçicilər dəyişikliklərə səs verib.
Bunu Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə bildirib.
O həmçinin bildirib ki, Avropa Parlamentinə keçirilən son seçki regionda gerçək siyasi zəlzələ effekti yaradıb:
“Avropa Parlamentinə seçkilər gerçək siyasi zəlzələ ilə nəticələnib. Quruma üzv olan 27 ölkədən 20-də insanlar dəyişikliklərə səs verdi. Müharibə tərəfdarı olan bir sıra ölkələrdə hakimiyyətlər dəyişdi, bəzilərində isə onların gücü zəiflədi. Bu da tutduqları mövqenin nəticəsi idi. Fransada növbədənkənar seçkinin ikinci turu iyulun 7-də təşkil olunacaq. Hazırda Avropa İttifaqındakı iki siyasi qüvvə arasında debatlar davam edir. Dəyişməyən faktor odur ki, vətənpərvər siyasi qüvvələr seçki nəticəsində daha çox dəstək qazanıb. İcazə verin deyim ki, yaradılması rəsmən bazar ertəsi elan olunacaq “Avropa üçün Vətənpərvərlər” parlament qrupu dərhal da Brüsselin üzvlərinin sayına görə sayca üçüncü siyasi qüvvəsi olacaq".
Orban əlavə edib ki, bu seçkidə federallaşma tərəfdarlarının gücü əhəmiyyətli dərəcədə zəifləsə də, çoxluğu qorumağa nail olub. Onlar isə Avropa İttifaqı Şurasının hazırkı rəhbərliyinin dəyişdirilməsinə tərəfdardırlar. Avropa Parlamenti öz növbəsində bu məsələni iyulun 17-də müzakirəyə çıxaracaq.
"Digər tərəfdən Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqramında iştirak edən ölkələrin bu quruma üzvlüyü ilə bağlı danışıqlara başlayıb. Bu məsələ həmin proqram ətrafında yeni vəziyyət formalaşdırır və onun qarşıya qoyduğu vəzifələrin həllini tələb edir. Görünür, “Şərq tərəfdaşlığı” proqramının ikinci hissəsinin başlanması gözlənilir. Lakin gələcəkdə bu komandanın üzərinə böyük işlər düşəcək. Biz bu məsələləri Prezident İlham Əliyevlə mütləq şəkildə həll edəcəyik” - Macarıstan lideri bildirib.
Ramiz Mikayıloğlu
14.06.24, 11:42
Seçkilər göstərdi ki, eskalasiyanı dəstəkləyənlər uduzurlar
Avropa Parlamentinə seçkilər göstərdi ki, Avropa hökumətlərinin münaqişənin gərginləşməsini dəstəkləməyə məcbur edilməsi bu ölkələrdə vəziyyətin sabitliyini pozur və münaqişənin gərginləşməsini dəstəkləyənlər uduzur. Bunu Macarıstanın baş naziri Viktor Orban bildirib.
"Mən NATO-nun baş katibinə dedim ki, onların hesablamalarını başa düşürəm, onlar Rusiyanı Ukraynada necə məğlub etmək istəyirlər. Amma nəzərə alınmalı olan bir amil var – avropalılar bunu istəmir, onlar müharibə istəmirlər. Nə qədər Avropa hökumətləri müharibəni dəstəkləməyə məcbur olarsa, bu Avropa ölkələrində siyasi vəziyyəti bir o qədər də sabitsizləşdirəcək", – Orban deyib.
Macarıstanın baş naziri qeyd edib ki, seçkilərdən dərhal sonra Fransa parlamenti buraxılıb və Belçika hökuməti istefa verib, Almaniyada hakim partiya isə seçkilərdə üçüncü olub.
"Təsdiq edirəm ki, Avropa xalqının iradəsi Avropa liderlərinə çox aydın bir siqnaldır. Əgər sən sülh tərəfdarı olmasan, uğursuz olacaqsan", – Orban bildirib.
Bundan əvvəl Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto Avropa Parlamentinə seçkilərdə mühafizəkarların nəticələrini uğurlu adlandırıb və onların artıq bir sıra Qərbi Avropa ölkələrində, xüsusən də siyasi dəyişikliklərə səbəb olduğunu qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.