BAKI, 5 iyul — Sputnik. İlin əvvəlindən bəri xüsusi əməliyyat zonasında mülki əhali arasında itkilərin sayında artım var, bu, Qərb silahlarının Kiyev rejiminə tədarükünün artması ilə bağlıdır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə səfiri Rodion Miroşnik bildirib.
"İlin əvvəlindən biz Ukrayna silahlı qüvvələrinin mülki strukturlara və infrastruktura getdikcə daha güclü və dağıdıcı silahlardan istifadə etməklə həyata keçirdiyi hücumlar nəticəsində həlak olan və yaralanan mülki əhalinin sayında artım tendensiyası müşahidə etmişik. Mülki itkilərin sayının artması bilavasitə Ukrayna Silahlı Qüvvələrinə Qərb silahlarının tədarükünün artması və onlardan mülki hədəflərə zərbələr endirmək üçün qəsdən istifadə edilməsi ilə bağlıdır", - Miroşnik brifinqdə deyib.
Miroşnik bildirib ki, altı ay ərzində 2547 mülki şəxs Ukrayna silahlı birləşmələrinin hücumlarından zərər çəkib, onlardan 400-dən çoxu ölüb.
"Bu il yanvarın 1-dən iyunun 30-dək Ukrayna cəza qüvvələrinin hərəkətləri nəticəsində azı 2547 mülki şəxs zərər çəkib, onlardan 2082 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, azı 465 nəfər isə ölüb", - Miroşnik brifinqdə deyib.
O, əlavə edib ki, dinc əhalinin öldürülməsi və yaralanması hallarının sayı getdikcə artır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.