DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Böyük Britaniyanın yeni baş naziri Xarici İşlər və Müdafiə nazirlərini təyin edib

Cümə axşamı Böyük Britaniya parlamentinə seçkilər keçirilib və Leyboristlər Partiyası böyük qələbə qazanıb.
Sputnik
BAKI, 5 iyul - Sputnik. David LammiCon Hili Böyük Britaniyanın yeni baş naziri Kir Starmerin kabinetində müvafiq olaraq Britaniya Xarici İşlər Nazirliyinin və Müdafiə Nazirliyinin rəhbəri təyin olunublar.
Bu barədə RİA Novosti baş nazirin dəftərxanasına istinadən məlumat verib.

“Kral (Böyük Britaniyanın III Çarlz – red.) aşağıdakı təyinatları məmnuniyyətlə təsdiqlədi: David Lammi - Xarici İşlər Naziri, Con Hili Müdafiə naziri", - dəftərxananın açıqlamasında deyilir.

Bundan əlavə, leyboristlər partiyasının üzvü İvet Kuperin Daxili İşlər Nazirliyinə rəhbərlik edəcəyi də dəqiqləşdirilir.
Cümə günü parlament seçkilərindən sonra Leyboristlər Partiyasının lideri Kir Starmer ona hökuməti qurmaq tapşırığı verən Kral III Çarlzla görüşdən sonra rəsmi olaraq Böyük Britaniyanın 58-ci Baş naziri olub.
Cümə axşamı Böyük Britaniya parlamentinə seçkilər keçirilib və Leyboristlər Partiyası böyük qələbə qazanaraq, ən azı 412 parlament mandatı qazanıb və İcmalar Palatasında mütləq çoxluğu təmin edib.
Baş nazir postunu tərk edən mühafizəkar lider Rişi Sunak Starmeri qələbə münasibətilə təbrik edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.