BAKI, 5 iyul — Sputnik. Belarus və Ukrayna sərhədində vəziyyət gərgin olaraq qalır, NATO da respublikanın qərb sərhədlərində mövcudluğunu artırmaqda davam edir, Belarus Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Vladimir Kuprianyuk bildirib.
"Bu gün təkcə Polşada və Baltikyanı ölkələrdə ümumi sayı 11 mindən çox olan 10 çoxmillətli döyüş-taktiki qruplar yerləşdirilib. Bu qonşularımızın silahlı qüvələri hesaba alınmadan mövcud olanlardır. Bundan başqa, NATO rəhbərliyi qonşu dövlətlərimizin ərazisində hərbi mövcudluğunu daha da artırmaq planlarını həyata keçirir. Bunun fonunda cənub sərhədimizdə də vəziyyət mürəkkəb və gərgin olaraq qalır", - Kuprianyuk deyib.
Baş Qərargah rəisinin müavini qeyd edib ki, Belarus ordusunun məlumatına görə, bu gün cavabdehlik zonasına Ukrayna-Belarus sərhədinin bölməsini daxil edən Şimal qoşun qrupunda 115 mindən çox hərbçi var, onun 15 minə qədəri bilavasitə sərhədi qoruyur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.