RUSİYA

Zaxarova: BMT Baş Assambleyasının sədri səlahiyyət həddini unudub

Moskva dünya təşkilatının nümayəndələrinin İsveçrədə Ukrayna sammitində iştirakından təəssüflənir.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Moskvanı dünya təşkilatının Nizamnaməsini pozmaqda ittiham edən BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri Dennis Frensis öz səlahiyyətlərinin hüdudlarını unudub.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. Onun sözləri Rusiya nazirliyinin saytında yer alıb.
"BMT Baş Assambleyasının 78-ci sessiyasının sədri öz səlahiyyətlərinin hüdudlarını bir daha unudub, şəxsən özünə müəyyən hərəkətlərin dünya təşkilatının təsis sənədinə uyğunluğunu müəyyən etmək hüququ verib", – Zaxarova fikrini ifadə edib.
Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyan etmişdi ki, Moskva dünya təşkilatının nümayəndələrinin İsveçrədə Ukrayna sammitində iştirakından təəssüflənir. Nebenzya onu da qeyd edib ki, bu, onun nizamnaməsinə ziddir.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Rusiya Federasiyasının beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinə uyğun olaraq Ukrayna üzrə danışıqlara razılıq verəcəyinə ümid etdiyini bildirib.