BAKI, 4 iyul — Sputnik. Rusiya İttifaq dövlətinin bütün beynəlxalq proseslərdə vahid cəbhə kimi iştirak etməsində maraqlıdır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlüyünün əhəmiyyəti ilə bağlı sualı cavablandırarkən deyib.
"Bu, Birlik Dövlətinin bir hissəsidir və biz İttifaq Dövlətinin bütün beynəlxalq proseslərdə vahid cəbhə kimi iştirak etməsində maraqlıyıq, buna görə də hər şey düzgün istiqamətdə inkişaf edir", -Lavrov deyib.
ŞƏT sammiti iylunun 4-də Astanada rəsmi olaraq açılıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Belarusun ŞƏT-ə daxil olduğunu elan edib. Ölkə təşkilatın onuncu üzvü olub.
ŞƏT haqqında
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə onlara Hindistan və Pakistan, 2023-cü ildə isə İran qoşulub. Belarusun təşkilata qoşulması prosesi də artıq yekunlaşıb.
Ümumilikdə ŞƏT Cənubi, Cənub-Şərqi və Şərqi Asiyadan Yaxın Şərqə və Avropaya qədər ərazidə 26 dövləti, dialoq üzrə tərəfdaşları (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə, Şri-Lanka) və müşahidəçiləri (Əfqanıstan, Monqolustan) birləşdirir.