DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ŞƏT-in yeni baş katibinin kimliyi məlum oldu

2018-2021-ci illərdə Yermekbayev Qazaxıstan Müdafiə Nazirliyinə rəhbərlik edib, 2023-cü ilin yanvarından isə ŞƏT baş katibinin müavini olub.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Qazaxıstanın keçmiş müdafiə naziri Nurlan Yermekbayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 2025-2027-ci illər üçün yeni baş katibi olacaq. Bu barədə Kazinform agentliyi məlumat yayıb.
Hazırda Yermekbayev ŞƏT rəhbərinin müavinidir.
Onun gələn il yanvarın 1-də Çjan Mini əvəzləyəcəyi gözlənilir.
Yermekbayev 1963-cü il yanvarın 1-də Çimkənddə anadan olub. Moskvada SSRİ Müdafiə Nazirliyinin Qırmızı Bayraqlı Hərbi İnstitutunu bitirib, rus, qazax, ingilis və çin dillərini bilir. 2018-2021-ci illərdə Yermekbayev Qazaxıstan Müdafiə Nazirliyinə rəhbərlik edib, 2023-cü ilin yanvarından isə ŞƏT baş katibinin müavini olub.