SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ŞƏT ən nüfuzlu strukturlardan birinə çevrilib - Tokayev

Tokayev vurğulayıb ki, ŞƏT-in unikallığı və böyük potensialı sayəsində dünyada birliyə maraq durmadan artır.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ən nüfuzlu strukturlardan birinə çevrilib. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada keçirilən ŞƏT sammitində deyib.
"Birgə səylərlə, Şanxay ruhunu gücləndirməklə və prinsiplərini təbliğ etməklə biz ŞƏT-i ən nüfuzlu və mötəbər strukturlardan birinə çevirmişik", - Tokayev deyib.
Onun sözlərinə görə, ŞƏT ölkələri arasında səmərəli qarşılıqlı fəaliyyət bütün Avrasiya qitəsinin inkişafı üçün vektor təqdim edir.
"Təqribən 25 il ərzində təşkilatımız beynəlxalq münasibətlər sistemində mühüm mexanizmə çevrilib və davamlı inkişafın və ümumi tərəqqinin təmin edilməsinə mühüm töhfə verir", - Qazaxıstan Prezidenti qeyd edib.
Tokayev vurğulayıb ki, ŞƏT-in unikallığı və böyük potensialı sayəsində dünyada birliyə maraq durmadan artır.
Astanada keçirilən sammitdə Qazaxıstan ŞƏT-də sədrlik ilini başa vurur. Bu müddət ərzində assosiasiya çərçivəsində bütün əməkdaşlıq spektri üzrə 150-dən çox tədbir keçirilib. Qazaxıstandan sonra təşkilata sədrlik ÇXR-ə keçəcək.