TƏHLİL

Rusiyada düşmənin PUA-larını ələ keçirmək üçün dron hazırlanıb

XHƏ zonasındakı əməliyyat vəziyyəti Rusiyanın ən yeni "Voqan-9SP" anti-dronunun aktiv döyüş istifadəsinin başlanğıcını yaxınlaşdırır.
Sputnik
Ələkeçirici-dronlar XXI əsrin "maşınlar müharibəsi"ndə prinsipial olaraq yeni texnoloji arqumentlərə və effektiv alətlərə çevrilir. Rusiyanın "anti-kamikadze"sinin yaranması tələblərəuyğundur – xüsusi hərbi əməliyyat (XHƏ) zonası üzərindəki hava məkanında hər gün minlərlə kəşfiyyat və hücum pilotsuz uçuş aparatları (PUA, dron) fəaliyyət göstərir. Kollektiv Qərb tərəfindən verilən Ukrayna Silahlı Qüvvələrinin (USQ) dronlarına qarşı mübarizə inkişaf edən sistemin formalaşmasına səbəb olur.
İyulun 1-də Sankt-Peterburqda dronlara qarşı mübarizə texnologiyalarına həsr olunmuş konfransda Rusiyanın ən yeni "Voqan-9SP" ələkeçirici-dronları təqdim edilib. Aparat yarı avtomatik rejimdə (operatorun, radarın, lazer şüasının köməyi ilə) 250 km/saat sürətlə düşmən PUA-larını aşkar etmək və məhv etmək qabiliyyətinə malikdir. O, sahə şəraitində uğurla sınaqdan keçirilir.
Bir dəfə istifadə olunan "Voqan-9SP" birdəfəlik hücum pilotsuz təyyarəsi aşkar edilmiş hava hədəfini işıqlandıran lazer sistemi və radar stansiyası ilə birlikdə fəaliyyət gösrərir. "Anti-kamikaze" 45 dərəcə bucaq altında tutucudan atılır, hədəfə mümkün qədər yaxınlaşır və avtomatik istiqamətləndirmə sisteminə keçir. Düşmən PUA-sını məhv etməzdən əvvəl Rusiyanın "Voqan-9SP" dronun videokamerasındakı görüntü əsasında son qərarı verən operatordan icazə alır. Kütləvi istehsala başlamaq üçün yüksək texnologiyalı "anti-kamikadze" effektiv və nisbətən ucuz olmalıdır. Təbii ki, "Voqan-9SP" kimi dronlar döyüş sahəsindəki hava hücumundan müdafiə və radioelektron müharibə sistemlərini ləğv etməyəcək, onlar yalnız qoşunların, logistikanın və infrastruktur obyektlərinin qorunması sistemini "möhkəmləndirəcəklər".
Oxşar "dronlara qarşı dronlar" müdafiə sistemləri ABŞ, Tayvan və digər ölkələrdə hazırlanır. Yəqin ki, yaxın gələcəkdə süni intellektə malik olan anti-kamikadze dronlar hava hədəflərini müstəqil olaraq müəyyənləşdirmək və təsnif etmək, "niyyətləri" tez müəyyənləşdirmək və düşmən aparatlarını məhv etmək qabiliyyətinə malik olacaqlar. Döyüş robotları sürətlə inkişaf edir. Şübhəsiz ki, "maşınlar müharibəsi" döyüş istifadəsinin bütün sahələrində - quruda, dənizdə, kosmosda texnoloji inkişafı əldə etməyə davam edəcək. Ələkeçirici-dronlara maraq artmaqda davam edir. Təsadüfi deyil ki, "Voqan-9SP" xarici mediada xüsusi rezonansa səbəb olub.
"Maşınların müharibəsi" yeni başlayır
Husilər tərəfindən darmadağın edilmiş təyyarə daşıyan gəminin zərbə qrupunun komandiri kontr-admiral Mark Miqes gözlənilmədən etiraf edib ki, ABŞ Hərbi Dəniz Qüvvələri əslində pilotsuz təyyarələrlə döyüşməyə hazır olmadıqları üçün Qırmızı dənizdəki "misli-görünməmiş" döyüşdə məglub olublar. Hipersəsli raketlərdən burada heç danışmağa belə dəyməz. Mobil sursatlarının, kamikadze-dronlarının və digər növ hücum dronlarının kütləvi şəkildə istifadə olunduğu Ukrayna hərbi əməliyyatlar teatrında Qərbin Rusiya ilə proksi-müharibəsi ABŞ və NATO silahlı qüvvələrinin dronlara qarşı imkanlarının genişləndirilməsi zəruriliyini daha da sərt şəkildə diktə edir.
Pentaqon 2029-cu ilə qədər "Coyote" ələkeçirici-dronların arsenalını əhəmiyyətli dərəcədə artırmağı və 300 buraxılış qurğusu və 33 mobil radarla birlikdə 6000-dən çox ədədə qədərini almağı planlaşdırır. "Coyote Block 2"nin bir ədədinin qiyməti təxminən 100 min dollarıdır. Lakin qiymət keyfiyyətə tam uyğun gəlmir - ən yeni "Koyotlar" İraq və Suriyadakı ABŞ bazalarını "üsyançıların" dronlarının zərbələrindən qorumur. ABŞ-ın hava hücumundan müdafiəsi və radioelektron müharibəsinin effektivliyindən heç danışmağa belə dəyməz.
Yeni təhdidlərə çox yavaş reaksiya verməklə ABŞ Ordusu "qaçdı-tutdu oyunununu oynamağa davam edir", yəni Vaşinqtonun "düşmən" kimi təyin etdiyi ölkələrdən (Rusiya və Çin) texnoloji cəhətdən xeyli geri qalır. Buna görə də Pentaqon Rusiyanın təcrübəsini və düşmənin dronlara qarşı mübarizə texnologiyalarını həvəslə öyrənir.
"The New York Times" nəşri qeyd edir ki, Ukrayna hərbi əməliyyatlar teatrı "müstəqil olan dronlar və qatil robotlar üçün silikon vadisinə" çevrilib. Onlarla şirkət operator tərəfindən deyil, süni intellekt tərəfindən idarə olunan dronlar və digər pilotsuz maşınlar hazırlayır və ya kütləvi istehsal edir. "NYT" nəşri proqnozlaşdırır ki, çox yaxında "özünü idarə edən dron dəstələri hücumları koordinasiya edə biləcək, kompüter görmə qabiliyyətinə malik olan pulemyotlar isə avtomatik olaraq əsgərləri öldürəcək". Qərb terrorçuların belə cihazları əldə edə biləcəyindən narahatdır. Tarixin istehzası: "yüksək texnologiyalı müharibələr" küləyini yaradan alyans fırtına ilə qarşılaşır.
ABŞ və NATO Ukrayna Silahlı Qüvvələrinin canlı və döyüş qabiliyyətli əsgərlərinin çatışmazlığını kompensasiya etmək məqsədilə Kiyev rejiminə hücum PUA-larının yığılması üçün komponentlərin kütləvi tədarükünü təşkil etməyə çalışırlar. "Maşınların müharibəsi" dövrümüzün reallığına çevrilir.
Nə olursa olsun, XHƏ zonasındakı əməliyyat vəziyyəti Rusiyanın ən son "Voqan-9SP" anti-dronunun aktiv döyüş istifadəsinin başlanğıcını yaxınlaşdırır.