İQTİSADİYYAT

Putin: ŞƏT ölkələri ilə milli valyutada hesablaşmaların payı 92%-i ötüb

Təşkilatın ölkələri mədəniyyət, elm və təhsil, ətraf mühitin mühafizəsi və səhiyyə, epidemiyalara qarşı mübarizə sahələrində əməkdaşlığı genişləndirməkdə davam edirlər. Turist və gənclər mübadiləsinin sayı artır.
Sputnik
BAKI, 4 iyul — Sputnik. 2024-cü ilin ilk dörd ayında Rusiya ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri arasında hesablaşmalarda milli valyutaların payı 92%-i ötüb.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
"İcazə verin, Rusiyanın ŞƏT-də özünün ödəniş və hesablaşma mexanizminin yaradılması təklifini sizə xatırlatım", - dövlət başçısı əlavə edib.
Putin qeyd edib ki, 2023-cü ildə Rusiya Federasiyası ilə ŞƏT arasında ticarət dövriyyəsi 25% artıb. Təşkilatın ölkələri mədəniyyət, elm və təhsil, ətraf mühitin mühafizəsi və səhiyyə, epidemiyalara qarşı mübarizə sahələrində əməkdaşlığı genişləndirməkdə davam edirlər. Turist və gənclər mübadiləsinin sayı artır.
Bundan əvvəl Rusiya və Azərbaycan arasında milli valyutalarda hesablaşmalara keçidlə bağlı danışıqlara başladığı bildirilirdi. Hesablamalarla bağlı problemlər ABŞ-ın Moskva birjasına qarşı sanksiyalar tətbiq etməsindən sonra yaranıb.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev əvvəllər Rusiyanın ödəniş sistemləri ilə ASEAN ölkələrinin sistemlərinin inteqrasiyasının vacibliyini bəyan edib.