DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Le Pen seçkilərdə qalib gələrsə, Fransa NATO hərbi komandalığından çıxa bilər - KİV

Nəşr qeyd edir ki, NATO diplomatları Fransada Milli İttifaqın hakimiyyətə gəlməsi risklərindən ciddi narahatdırlar, çünki partiya artıq NATO-nun mövcudluğunun mümkünlüyünü və Ukraynaya yardıma ehtiyacı şübhə altına alıb.
Sputnik
BAKI, 4 iyul — Sputnik. NATO Fransadakı seçkilərdə sağçı Marin Le Penin qalib gələcəyi təqdirdə Fransanın Alyansın hərbi komandanlığından çıxa biləcəyindən ehtiyat edir. Bu barədə Euractiv NATO-nun adı açıqlanmayan diplomatlarına istinadən xəbər verir.
"Bir qrup diplomat Fransanın Alyansın hərbi komandanlığını tərk edəcəyi yumşaq çıxışı istisna etmir", - nəşr yazır.
Nəşr qeyd edir ki, NATO diplomatları Fransada Milli İttifaqın hakimiyyətə gəlməsi risklərindən ciddi narahatdırlar, çünki partiya artıq NATO-nun mövcudluğunun mümkünlüyünü və Ukraynaya yardıma ehtiyacı şübhə altına alıb.
Hərbi ekspert Mişel Duklonun fikrincə, Milli İttifaqın NATO-dan "yumşaq" çıxmağa çalışması riski var.
"Eyni zamanda, bu partiya qalib gələrsə, Fransanın dərhal Alyansdan çıxacağını gözləmək lazım deyil", - Duklon deyib.
Fransa Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, iyunun 30-da keçirilən parlament seçkilərinin birinci turunda Milli İttiaq Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə birlikdə səslərin 33,15 faizini qazanıb ki, parlamentdəki 577 yerdən 270-i üçün bu da yetərlidir. Solçu Yeni Xalq Cəbhəsi koalisiyası 27,99%, prezident Emmanuel Makronun koalisiyası isə 20,04% səs toplayıb. Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.