DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Lavrov: Rusiya, Çin və Monqolustan iqtisadi layihələrin inteqrasiyasında maraqlıdır

Çin lideri Si Cinpin Pekinin Moskvanı qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxmaqda dəstəklədiyini bəyan edib.
Sputnik
BAKI, 4 iyul — Sputnik. Rusiya, Çin və Monqolustan xarici işlər nazirləri Sergey Lavrov, Van İ və Batmunxiyn Batsetseq birgə layihələrin iqtisadiyyata inteqrasiyasında maraqlı olduqlarını təsdiqləyiblər.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi öz saytında məlumat yayıb.
"Biz üçtərəfli layihələrin inkişafını Avrasiya İqtisadi İttifaqının fəaliyyəti, Çinin "Bir kəmər, bir yol" layihəsinin, Monqolustan "Çöl yolu" konsepsiyasının icrası ilə əlaqələndirməkdə maraqlıyıq" - Lavrov Xarici işlər nazirlərinin Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay sammiti çərçivəsindəki görüşdə deyib.
Qeyd edək ki, Çin lideri Si Cinpin Pekinin Moskvanı qeyri-qanuni birtərəfli sanksiyalara qarşı çıxmaqda dəstəklədiyini bəyan edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin Pakistan hökumətinin başçısı Şahbaz Şəriflə danışıqlar zamanı Rusiyanın Pakistana enerji ixracını artırmağa hazır olduğunu bildirmişdi.