BAKI, 4 iyul — Sputnik. Rusiya Dünya Bankı (DB) tərəfindən yüksək gəlirli ölkə kimi tanınır.
Bu barədə Dünya Bankının dərc etdiyi sənəddə qeyd olunub.
Bank müəyyən edib ki, hər bir rusiyalının ümumi gəliri 14 250 dollardır. Qeyd edək ki, Dünya Bankı 13 845 dollardan yuxarı göstəricisi olan dövləti yüksək gəlirli ölkə kimi təsnif edir.
"Dünya Bankının bu addımı mötəbər dünya institutu tərəfindən son on ildə Rusiya hakimiyyətinin bizə qarşı qoyulan qanunsuz ticarət və maliyyə məhdudiyyətlərinə baxmayaraq iqtisadi siyasətinin uğurlarının tanınmasını nümayiş etdirir" - Bankın Rusiya üzrə icraçı direktoru Roman Marşavinin vurğulayıb.
Xatırladaq ki, iyun ayında Dünya Bankı Rusiya ÜDM-in artımı ilə bağlı proqnozunu təkmilləşdirməyə doğru dəyişərək bildirmişdi ki, "2024-cü ildə Rusiya Federasiyasında iqtisadi artım 2,9%, 2025-ci ildə 1,4%, 2026-cı ildə 1,1 % olacaq".