MƏDƏNİYYƏT

Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib

Bu barədə Mədəniyyət Nazirliyindən bildirilib.
Sputnik
BAKI, 4 iyul - Sputnik. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.
Bu barədə APA-nın sorğusuna Mədəniyyət Nazirliyindən bildirilib.
"Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir", - məlumatda vurğulanıb.