CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 3 iyul – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 3 iyul — Sputnik. İyulun 3-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 3-də kim anadan olub?
Aysel Məmmədova (1989) - azərbaycanlı müğənni və bəstəkardır. O, mahnılarını caz və soul janrlarında ifa edir. Müğənni 2018-ci ildə ölkəni "Eurovision"da təmsil edib.
Aysel Məmmədova
Frans Kafka (1883-1924) XX-ci əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri kimi tanınan çex yazıçısıdır. O, "Məhkəmə", "Qəsr" kimi məşhur əsərlər ilə tanınır.
Frans Kafkanın kitabları
Zinaida Rayx (1894-1939) - Sovet teatr aktrisası və RSFSR-in əməkdar artistidir. O, Sergey Yeseninin ilk həyat yoldaşı olub, sonradan isə Vsevolod Meyerhol ilə ailə həyatı qurub.
Zinaida Rayx
Tom Kruz (1962) - ABŞ kinoaktyoru və rejissorudur. O, "Mümkün olmayan missiya", "Vanil səması" və s. filmlərdə rol alıb.
Tom Kruz
3 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1928-ci ildə ABŞ-da ilk televizorlar satılmağa başlanılıb. Onların qiyməti 75 dollar olub.
1964-cü ildə ABŞ-da irqi seqreqasiyanı qadağan edən vətəndaş hüquqları haqqında qanun qəbul edilib.
1994-cü ildə Bakı metropolitenində terror aktı törədilib. "28 May" və "Gənclik" stansiyaları arasındakı tuneldə olan qatarın ikinci vaqonunda baş verən partlayış nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb. Terror aktını törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Azər Aslanov Moskvada həbs olunaraq ekstradisiya olunub. 1998-ci ildə Aslanov Bakı metrosunda terror aktı törətmək üçün göstərişi erməni yazıçı Zori Balayandan aldığını etiraf edib. Məhkəmənin qərarı ilə o, ömürlük həbs cəzasına məhkum edilib.
2010-cu ildən etibarən Beynəlxalq Plastik Paketlərdən Azadolma Günü qeyd edilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.