DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Stoltenberq Çini Avropadakı ən böyük münaqişəni qızışdırmaqda ittiham edib

NATO-nun Baş katibi Alyansı Yaponiya və Cənubi Koreya ilə tərəfdaşlığı gücləndirməyə çağırıb.
Sputnik
BAKI, 3 iyul — Sputnik. NATO-nun Baş katibi Yens Stoltenberq Pekini guya Avropadakı ən böyük münaqişəni qızışdırmaqda ittiham edib.
Bu barədə Stoltenberq Yaponiyanın "Yomiuri" nəşrinə müsahibəsində "deyib.
"Çin İkinci Dünya Müharibəsindən bəri Avropada ən böyük münaqişəni qızışdırır" - NATO-nun Baş katibi bildirib.
Bu fonda Stoltenberq Alyansı Yaponiya, Cənubi Koreya, həmçinin Avstraliya və Yeni Zelandiya ilə tərəfdaşlığı gücləndirməyə çağırıb. Onun sözlərinə görə, bu, Çinə təzyiq göstərmək üçün lazımdır.
Stoltenberq müsahibəsində həmçinin vurğulayıb ki, bu ilin noyabrında keçiriləcək prezident seçkilərinin necə bitəcəyindən asılı olmayaraq, Vaşinqton Kiyevin müttəfiqi olaraq qalacaq. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti hər iki ABŞ partiyasını dəstəkləyir.
Stoltenberq bu yaxınlarda Çinin Rusiya və Avropa ilə eyni vaxtda əməkdaşlıq edə bilməyəcəyini bildirib. O, həmçinin Moskvanı dəstəklədiyi iddiası ilə Pekini sanksiyalarla hədələyib.