BAKI, 3 iyul — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi hesab edirki, İrəvan və Bakı Cənubi Qafqazda yeni bölücü xətlərin təhlükəsini başa düşürlər. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin müavini Andrey Nastasin keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, Ermənistana silah-sursat göndərilir, onlar öz müdafiə sektorunu bərpa etməyə çalışırlar, eyni zamanda NATO emissarları da Bakıya səfərlər edirlər.
"Bu, iki ölkə(Azərbaycan və Ermənistan) arasında gərginliyi artırır, Ermənistan-Azərbaycan dialoquna heç bir töhfə vermir və regionda silahlanma yarışını təhrik edir", Nastasin deyib.
O, Moskvanın mövqeyini bir daha təkrarlayıb və deyib ki 2020 və 2022-ci illər üçün üçtərəfli sazişlər toplusu Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması üçün universal əsas olaraq qalır. Rusiya Xarici İşlər Nazirliyi əmindir ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyi regional məsuliyyət prinsipi çərçivəsində region ölkələrinin özləri təmin edə bilər və təmin etməlidir.
"Avroatlantiklərin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərinin tətbiqi Cənubi Qafqazda yeni bölgü xətlərinin yaranmasına gətirib çıxarır və təkcə region üçün deyil, həm də ümumilikdə dağıdıcı nəticələrə səbəb olacaq. Avrasiya təhlükəsizliyi üçün ümid edirik ki, Bakı və İrəvan bunu yaxşı başa düşür", - Nastassin bildirib.
O, Ermənistan və Azərbaycanın NATO sammitinə (9-11 iyul) dəvət olunmasını Rusiyanın dostlarını onunla əməkdaşlıqdan uzaqlaşdırmaq cəhdi kimi qiymətləndirib.
Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etmək üçün dəvət alıb və qəbul edib.