BAKI, 3 iyul — Sputnik. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanın xarici siyasət prioritetləri ilə maraqlanıb. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri İlya Darçiaşvili Tbilisidə erməni həmkarı ilə görüşdən sonra bildirib.
"Biz Gürcüstanın üzləşdiyi müxtəlif çağırışlardan danışdıq", Darçiaşvili görüşdən sonra keçirdiyi brifinqdə bildirib.
Nazir Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmasını alqışlayaraq, İrəvan və Bakı arasında konstruktiv dialoqu təşviq etməyə hazır olduqlarını bildirib. O, Ermənistan və Azərbaycan arasında sülh sazişinin hazırlanması prosesinin müsbət dinamikanı qoruyacağına ümid etdiyini bildirib.
Mirzoyan iyulun 3-ü Tbilisiyə rəsmi səfərə gəlib. Onun Gürcüstanın baş naziri İrakli Kobaxidze və parlamentin sədri Şalva Papuaşvili ilə görüşü nəzərdə tutulub.