RUSİYA

Putin və Tramp Ukrayna ilə bağlı dialoq aparmırlar - Peskov

Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.
Sputnik
BAKI, 3 iyul — Sputnik. ABŞ prezidenti postuna can atan respublikaçı Donald Tramp və Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə bağlı dialoqa getmirlər. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.
Belə ki, o, Qərb mətbuatında Trampın guya Rusiya lideri ilə Ukraynada sülhün əldə edilməsi şərtləri ilə bağlı dialoq aparması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
ABŞ-ın "Politico" nəşri daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Tramp NATO-nun şərqə doğru daha da genişlənməmək, habelə Rusiya prezidenti ilə Moskvanın Ukrayna ərazisinin hansı hissəsini saxlaya biləcəyi ilə bağlı danışıqlar aparmaq imkanını nəzərdən keçirir.
ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Tramp artıq respublikaçıların dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülməsi üçün lazımi sayda nümayəndə səsini toplayıb.