BAKI, 3 iyul — Sputnik. Rusiya Prezidenti Vladimir Putin ŞƏT sammitində iştirak edəcəyi Astanaya gedib.
Səfər çərçivəsində Rusiya dövlət başçısı həmçinin Çin, Türkiyə və Azərbaycan liderləri ilə bir sıra ikitərəfli danışıqlar aparacaq.
Qazaxıstana ŞƏT-in baş katibi Çjan Min və BMT-nin baş katibi Antonio Quterreş də gəlib.
ŞƏT sammiti iyulun 3-4-də Astanada Müstəqillik Sarayında keçiriləcək.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda yaradılıb. Əvvəlcə altı ölkədən - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. Hindistan və Pakistan 2017-ci ildə, İran isə 2023-cü ildə ŞƏT-ə qoşulub. Belarusun təşkilata daxil olması prosesinin yaxın vaxtlarda başa çatacağı gözlənilir.