BAKI, 3 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin müzakirə edəcəkləri məsələlər açıqlanıb.
Bu barədə “Report” xəbər verir.
Qeyd olunub ki, dövlət başçıları Şərqi Avropa və Yaxın Şərqdə davam edən müharibələri müzakirə edəcəklər.
Həmçinin, Suriya-Türkiyə münasibətlərinin normallaşması da masada olacaq.
Bundan başqa, liderlərin qarşılıqlı maraq doğuran digər məsələləri, ikitərəfli əlaqələri müzakirə edəcəkləri gözlənilir.
Qeyd edək ki, R.T.Ərdoğanla V.Putinin iyulun 3-4-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 24-cü sammitində görüşü planlaşdırılır.