RUSİYA

Baltikyanı ölkələr keçmiş sovet respublikalarını Rusiyaya qarşı çevirirlər - Rusiya XİN

Rusiya XİN rəsmisi qeyd edib ki, Baltikyanı rəsmilər Avrointeqrasiya yolunda xarici siyasət oriyentasiyasının şaxələndirilməsi məsələsində öz qondarma təcrübələrini İrəvana fəal şəkildə təlqin ediblər.
Sputnik
BAKI, 3 iyul — Sputnik. Latviya, Litva, Estoniya keçmiş sovet respublikalarını Rusiyaya qarşı yönəldir və Cənubi Qafqazda destruktiv xətt yürüdür. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib.
"Bu cür yanaşmalar Vilnüs, Riqa, Tallinin Vaşinqtonun göstərişlərinə itaətkarlıqla əməl edərək, keçmiş sovet respublikalarını Rusiyaya qarşı fəal şəkildə qızışdırmaq istəyindən xəbər verir" - Nastasin deyib.
O qeyd edib ki, Ermənistan nümayəndələrinin səfəri zamanı Baltikyanı rəsmilər Avrointeqrasiya yolunda xarici siyasət oriyentasiyasının şaxələndirilməsi məsələsində öz qondarma təcrübələrini İrəvana fəal şəkildə təlqin ediblər.
"Baltikyanı ölkələrin təklif etdiyi təcrübənin keyfiyyəti və həqiqi məqsədləri onların 2013-cü ildə Maydanda baş vermiş faciəli hadisələrdə oynadıqları rola görə qiymətləndirilə bilər, Bu da Cənubi Qafqazda, Tallinndə, Vilnüsdə və Ukraynada qanlı çevrilişə səbəb olub. Riqa son dərəcə dağıdıcı xətt aparır" - Nastasin fikirlərini yekunlaşdırıb.