BAKI, 3 iyul — Sputnik. Avropa Şurasının Xarici Əlaqələr üzrə analitik mərkəzinin dərc etdiyi sorğuya əsasən, Avropa ölkələri əhalisinin böyük əksəriyyəti öz ordusunun Ukraynaya göndərilməsinin əleyhinədir.
Bolqarıstanda əhalinin 90%-i, Yunanıstanda 85%-i, Almaniyada 81%-i, İtaliyada 80%-i, İsveçrədə 78%-i, Çexiyada 72%-i, Niderlandda 70%-i, Polşada, Fransada və İspaniyada - 69%, Estoniyada - 67%, Böyük Britaniyada - 66%, Portuqaliyada - 60%, İsveçdə - 54% Ukraynaya ordunun göndərilməsinin əleyhinədir.
Eyni zamanda, müxtəlif Avropa ölkələrində və Ukraynada respondentlərin əksəriyyəti hesab edir ki, Rusiya ordusu Kiyevə itirilmiş əraziləri geri qaytarmağa imkan verməyən bir maneədir. Ukraynada əhalinin 81%-i, Estoniya və Yunanıstanda 79%, Bolqarıstanda 77%, Çexiyada 74%, Polşada 73%, Böyük Britaniya və İspaniyada 72%, Portuqaliyada - 69%, İsveçrə və Niderlandda - 68%, Almaniyada - 67%, Fransa və İtaliyada - 64%, İsveçdə - 56% belə hesab edir.
Sorğu 2024-cü ilin may ayının birinci yarısında 15 ölkədə, o cümlədən Ukraynada 19 566 nəfər arasında keçirilib, səhv həddi göstərilməyib.