DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Aİ Ukraynadan şəkər və toyuq yumurtasına idxal rüsumlarını bərpa edib

Yenilik dərc edildiyi gündən - iyulun 2-dən qüvvəyə minib və cari ilin dekabrın 31-dək qüvvədə olacaq.
Sputnik
BAKI, 3 iyul — Sputnik. Avropa İttifaqı 2024-cü ilin sonuna qədər Ukrayna toyuq yumurtası və şəkərinə əvvəllər ləğv edilmiş idxal rüsumlarını bərpa edib.
Bu barədə Aİ-nin rəsmi jurnalında sənəd dərc olunub.
Sənəddə qeyd edilib ki, idxal limitləri aşıldığı üçün onlar geri qaytarılıb.
Yenilik dərc edildiyi gündən - iyulun 2-dən qüvvəyə minib və cari ilin dekabrın 31-dək qüvvədə olacaq.
"2024-cü il yanvarın 1-dən şəkər idxalının ümumi həcmi müvafiq tarif kvotasının həcmini üstələyən göstəriciyə çatıb. Beləliklə, dayandırılmış tarif kvotası 2024-cü il dekabrın 31-dək bərpa edilməlidir" - sənəddə deyilir.
Ukraynadan ixrac edilən toyuq yumurtası ilə bağlı da oxşar qərar dərc olunub. Bundan əvvəl Ukraynadan yulafın idxal rüsumları da bərpa edilib.
AP əvvəllər Ukraynadan malların sərbəst idxalının daha bir il uzadılmasını dəstəkləməyib.