"Ukrayna böhranının başlanmasından bəri Türkiyə mühüm diplomatik səylər göstərir. Ukrayna böhranı da daxil olmaqla, ABŞ Qara dənizdə təxribatını artırdı. Türkiyə və Rusiyanın birgə səyləri ABŞ-ın və Kiyev rejiminin təxribatçı fəaliyyətləri səbəbindən davam etdirilməsi mümkün olmayıb", - ekspert bildirib.
"Təbii ki, burada önəmli olan Türkiyənin Rusiyaya yanaşmasında və sülh səylərində Qərb mesajlarını çatdıracaq vəziyyətdə olmamasıdır. Türkiyənin siyasi və hərbi böhranları Rusiya ilə birlikdə həll etmək istəyi Qərbdən hücuma məruz qalır. Son zamanlar Türkiyə hökuməti Rusiyaya münasibətdə Qərbin mesajlarını çatdırmaq iqtidarında deyil. Məsələn, bir neçə gün əvvəl Britaniyanın "Financial Times" qəzeti "(Prezident) Ərdoğana görə Türkiyəni Avropanın müdafiə səylərindən kənarda qoymayın" başlıqlı təhlil dərc etmişdi və Aİ-yə üzvlük və Qərblə əlaqələrin vacibliyi qeyd edilirdi", - agentliyin həmsöhbəti vurğulayıb.