BAKI, 2 iyul — Sputnik. İyulun 2-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 2-də kim anadan olub?
Tağı Şahbazi Simurq (1892-1937) - Azərbaycan yazıçısı və publisistdir. O, "Ağanın kənizi", "Azadlıq üçün cinayət", "Aldanmış ümid" əsərlərininin müəllifidir. Yazıçısı Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (1926-1929) olub. O, 1937-ci ildə repressiyaya məruz qalıb.
Tağı Şahbazi Simurq
© Photo : Public Domen
Pyer Kardin (1922-2020) - İtalyan əsilli fransız modelyeridir. O, "Maksim" restoranının və eyniadlı ticarət markasının sahibi, Fransanın ən böyük əmlak sahiblərindən biridir.
Pierre Cardin
© AP Photo / Francois Mori
Aleksandra Yakovlyova (1957-2022) - Sovet və Rusiya teatr və kino aktrisası, kinorejissor, ictimai və siyasi xadimdir. O, "Ekipaj", "Sehrbazlar" və s. filmlərdə rol alıb.
Aleksandra Yakovlyova
© Sputnik
Sami Naseri (1961) Bərbər əsilli fransız aktyorudur. O, "Taksi" filmindəki Daniel rolu ilə məşhurdur.
Sami Naseri
© AFP 2024 / LOIC VENANCE
Pavel Derevyanko (1976) - Rusiya teatr və kino aktyorudur. O, "Kölgə ilə döyüş", "Leninqrad", "Vətən gözləyir" və s. filmlərdə rol alıb.
Diana Qurtskaya (1978) - Rusiya estrada müğənnisi və RF Xalq artistidir. O, Əlçatan Ətraf Mühit və İnklüziv Təcrübələrin İnkişafı üzrə Komissiyasının sədri, Sosial İnteqrasiya Mərkəzinin bədii rəhbəridir.
Diana Qurtskaya
© Sputnik / Павел Бедняков
Lindsi Lohan (1986) amerikalı aktrisa, müğənni, bəstəkar, model və geyim dizayneridir. O, "Toys "R" Us", Kalvin Klein, "Abercrombie" kimi bir çox məşhur firmaların siması olub. Lindsi 60-dan çox reklam filmində rol alıb. O, "Yaramaz qızlar", "Çılğın yarışlar" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Lindsi Lohan
© AFP 2024 / Nicholas Kamm
2 iyul tarixində dünyada baş verən tarixi hadisələr
1924-cü ildə Parisdə Beynəlxalq İdman Mətbuatı Assosiasiyası yaradılıb.
1947-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatının Rozuella şəhəri yaxınlığında çoxlarının "uçan boşqab" hesab etdiyi uçan aparat qəzaya uğrayıb. Bu hadisə "Rozuel hadisəsi" adlanır və bu tarix Ümumdünya UFO Günü kimi qeyd edilir.
1948-ci ildə SSRİ-də Be-6 uçan qayığının ilk uçuşu baş tutub.
2001-ci ildə ABŞ-da xəstəyə "AbioCor" adlı portativ süni ürək implantasiya edilib.
1995-ci ildən bəri məhz bu gün Beynəlxalq İdman Jurnalisti Günü qeyd olunur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.