RUSİYA

Peskov Hindistan liderinin Rusiyaya gözlənilən səfəri ilə bağlı detalları açıqladı

Kreml sözçüsü qeyd edib ki, Prezident Putinin və baş nazir Modinin münasibətlərini nəzərə alsaq, gündəmdə olan bütün məsələlərlə bağlı fikir mübadiləsi aparılacağını gözləmək olar.
Sputnik
BAKI, 2 iyul — Sputnik. Hindistanın baş naziri Narendra Modinin Rusiyaya səfər hazırlıqları son mərhələdədir, tarixlər hindli dostlarla razılaşdırılaraq daha sonra açıqlanacaq. Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

"Hindistanlı dostlarımızla razılaşdırdıqdan sonra səfər tarixini elan edəcəyik ki, səfər hazırlığın son mərhələsindədir", - Peskov bildirib.

Kreml rəsmisi onu da deyib ki, Rusiya Prezidenti Vladimir Putinlə Hindistanın baş naziri Narendra Modi arasında Rusiya Federasiyasına səfər zamanı danışıqlarda gündəmdəki bütün məsələlər üzrə fikir mübadiləsi aparıla bilər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
"Prezident Putinin və baş nazir Modinin münasibətlərini nəzərə alsaq, gündəmdə olan bütün məsələlərlə bağlı fikir mübadiləsi aparılacağını gözləmək olar", – Peskov jurnalistlərə deyib.
O qeyd edib ki, Moskva və Dehli müxtəlif sahələrdə əlaqələri inkişaf etdirmək üçün siyasi iradəyə malikdir.

"Biz Rusiya Federasiyası ilə Hindistan arasında əlaqələri inkişaf etdirmək niyyətindəyik, qarşılıqlı siyasi iradə olan müxtəlif əməkdaşlıq sahələri var", - Peskov qeyd edib.

Onun sözlərinə görə, regional təhlükəsizlik və qlobal təhlükəsizlik məsələləri həmişə gündəmdədir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.