DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pekinin təhlükəsizliyinə ciddi problem yaradan NATO-dur - Çin Xarici İşlər Nazirliyi

NATO-nun baş katibi Yens Stoltenberq Yaponiyanın "Yomiuri" qəzetinə müsahibəsində bildirib ki, alyans Çini rəqib hesab etmir.
Sputnik
BAKI, 2 iyul — Sputnik. NATO Çinin daxili işlərinə qarışır, onun daxili və xarici siyasətini təhrif edir, Çinin təhlükəsizliyinə meydan oxuyur. Bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin deyib.
Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Yaponiyanın "Yomiuri" qəzetinə müsahibəsində bildirib ki, alyans Çini rəqib hesab etmir, lakin Pekin NATO-nun dəyərlərinə, maraqlarına və təhlükəsizliyinə meydan oxuyur.

"Mən NATO-nun dəyərlərinin nə olduğunu bilmirəm. Əgər onlar ziddiyyətlər yaratmaq, qarşıdurma yaratmaq və gərginliyi artırmaq üçün ideoloji xətlərdən istifadə etmək niyyətindədirlərsə, Çin bununla həqiqətən razılaşa bilməz", - diplomat bildirib.

Mao Nin
Diplomat vurğulayıb ki, əslində Çinə davamlı olaraq meydan oxuyan, Çinin daxili işlərinə qarışan, Çinin daxili və xarici siyasətini təhrif edən və ləkələyən, Pekinin maraqlarına və təhlükəsizliyinə ciddi problem yaradan NATO-dur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.