BAKI, 2 iyul — Sputnik. Ukraynada sülh məsələsi Macarıstanın Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edəcəyi növbəti altı ayı ərzində əsas mövzusu olacaq.
Bu barədə "RİA Novosti" Macarıstanın Baş naziri Viktor Orbanın söylədiklərinə istinadən xəbər verib.
Macarıstanın Baş naziri son on iki ildə ilk dəfə Kiyevə səfər edib. İyulun 1-dən etibarən Macarıstan yarım il ərzində Avropa İttifaqı Şurasına sədrlik edir. Orbanın mətbuat katibi bildirib ki, o, Kiyevdə Zelenski ilə sülhün bərqərar olunması və ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə edəcək.
"Düşünürəm ki, bu, Macarıstan sədrliyinin növbəti altı ayı ərzində Avropa üçün ən vacib məsələdir – Rusiya və Ukrayna arasında müharibə və sülh məsələsidir", - Orban görüşdə qeyd edib.
Nazir həmçinin əlavə edib ki, o, Ukraynada yaşayan macar azlığı ilə bağlı vəziyyəti müzakirə etmək üçün görüşdən istifadə etmək və onlara necə kömək etmək mövzusunu müzakirə etmək istəyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.