BAKI, 2 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan "Zəngilan" tankerinin istismara verilməsi mərasimində iştirak edib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Qeyd edək ki, neft və kimyəvi məhsullar daşımaq üçün nəzərdə tutulan bu tankerin konsepsiyası Ukraynanın Odessa Dəniz Mühəndisliyi Bürosu və ASCO-nun təcrübəli mütəxəssisləri ilə birgə hazırlanıb. Volqa-Don MAX layihəsinə uyğun olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don kanalından keçmək imkanına malikdir.
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
"Zəngilan" tankerinin uzunluğu 141, eni 16.9, bortunun hündürlüyü isə 6 metrdir. 15 nəfərlik heyətlə idarə edilən gəmi saatda 10 uzel sürətlə hərəkət edə biləcək.
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Tanker ümumi tutumu 9212 kub metr olan 6 yük çəninə malikdir. Dedveyti dənizdə və çayda 8 009 ton olan gəmi hər biri 1,200 kW gücə malik iki ədəd "Wartsila" istehsalı mühərriklərlə təchiz edilib.
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
Xatırladaq ki, texniki göstəricilərinə görə geniş imkanlara malik bu gəmi Bakı Gəmiqayırma Zavodunda inşa edilən sayca dördüncü neft tankeri və ikinci neft-kimyəvi məhsullar daşıyan tankerdir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.