Ötən illər ərzində Azərbaycan-Belarus münasibətləri bir neçə inkişaf mərhələsindən keçib. Müharibə illərində Azərbaycan xalqının şanlı oğulları cəsarət və şücaət göstərərək Belarusun işğalçılardan azad edilməsində iştirak ediblər. Belarusda onların xatirəsi ən yüksək səviyyədə yad edilir.
Sovet dövründə Azərbaycan və Belarus müttəfiq respublikaları arasında sıx istehsal və kooperativ əlaqələri olub, mədəni və elmi mübadilə həyata keçirilib.
Müstəqilliyin əldə edilməsi ilə ikitərəfli münasibətlər yeni dinamika əldə edib. Üstəlik qarşılıqlı əlaqənin yeni sahələri inkişaf etdirilib. Belarus hökumətinin uzun illərdir davam edən Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli prinsipləri ilə bağlı prinsipial mövqeyi Azərbaycanda hörmət qazanıb və bu, iki ölkə arasında əlaqələri daha da möhkəmləndirib.
İkitərəfli münasibətlərin bu gün hansı mərhələdə olması, azərbaycanlıların Belarusiyanın alman-faşist işğalçılarından azad edilməsindəki tarixi töhfəsi barədə iyulun 2-də, saat 12:00-da Sputnik Azərbaycan multimedia mətbuat mərkəzinin təşkil etdiyi videokörpü zamanı müzakirə olunacaq.
Bakıda:
- Azərbaycan Respublikası Milli Məclisinin (MM) deputatı, Azərbaycan-Belarus parlamentlərarası dostluq qrupunun üzvü Arzu NAĞIYEV;
- İkinci Dünya Müharibəsi dövrünün tanınmış tədqiqatçısı, fəlsəfə üzrə fəlsəfə doktoru İlham ABBASOV.
Minskdə:
- Belarus Respublikası Milli Məclisi Nümayəndələr Palatasının deputatı, Milli Təhlükəsizlik Daimi Komissiyasının üzvü Anatoli Anatolyeviç BULAVKO;
- Belarus Dövlət Universitetinin Avrasiyaşünaslıq kafedrasının professoru, siyasi ekspert Andrey Vladimiroviç RUSAKOVİÇ;
- siyasi ekspert, jurnalist Tengiz Şukriyeviç DUMBADZE.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Tədbir Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində baş tutacaq: Mətbuat pr., məh.529, bina 23, mərt.4.