DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə ticarət gəmilərinin boğazlardan keçməsi üçün ödənişləri artırıb

Rüsumların artırılması Türkiyə büdcəsinə ildə ən azı 900 milyon dollar gəlir gətirməlidir.
Sputnik
BAKI, 1 iyul — Sputnik. Xarici gəmilərin Bosfor və Çanaqqala boğazlarından tranzitinə görə rüsum iyulun 1-dən hər xalis ton (xalis ton) üçün 5,07 dollara qaldırılıb. Təminən bir il əvvəl rüsum 4,42 dollar idi.
Bu barədə Türkiyənin Nəqliyyat Nazirliyi məlumat yayıb.
İdarənin sənədində tarifin artırılmasının nəzərdə tutulduğu qeyd olunub.
Türk rəsmiləri bildiriblər ki, rüsumların artırılması Türkiyə büdcəsinə ildə ən azı 900 milyon dollar gəlir gətirməlidir.
Tarif 1936-cı ildə boğazlar bölgəsində gəmiçiliyi tənzimləyən Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frank əsasında hesablanır. Sənəd imzalananda qızıl frank 0,8 dollara bərabər olub.
Montrö Konvensiyası 1936-cı ildə qəbul edilib. Konvensiya sülh və müharibə dövründə ticarət gəmilərinin boğazlar vasitəsilə hərəkət azadlığını qoruyur, lakin müxtəlif naviqasiya rejimləri yaradır. Eyni zamanda, sənəd Qara dənizə aid olmayan dövlətlərin hərbi gəmilərinin Qara dənizdə qalmasını üç həftə ilə məhdudlaşdırır.
Fövqəladə hallarda Türkiyə Bosfor və Çanaqqala boğazlarından hərbi keçidi qadağan edə və ya məhdudlaşdıra bilər. Müqaviləyə əsasən, Ankara boğazlardan keçən gəmilərdən mayak, təxliyə və tibbi xidmət üçün ödəniş almaq hüququna malikdir.
Bundan əvvəl Rusiyadan Tunisə gedən yük gəmisinin İstanbul sahillərində Mərmərə dənizində quruya çırpıldığı bildirilmişdi. Gəminin yükü buğda olub. Ekipajın təxliyyəsi üçün hadisə yerinə yedək gəmisi və kater göndərilib.