BAKI, 28 iyun — Sputnik. İyulun 1-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyulun 1-də kim anadan olub?
Jorj Sand (1804 - 1876) - fransız yazıçısı. "Oras", "Konsuelo", "Qrafinya Rudolştadt", "Sərgərdan şagird", "Anjibolu dəyirmançı" və s. romanların müəllifidir.
Lesli Keron (1931) - Fransız balet rəqqası və aktrisası. Ən böyük populyarlığı 1950-ci illərdə Hollivud musiqili "Amerikalı Parisdə", "Lili", "Uzun ayaqları olan ata" və "Jiji" filmlərindəki rollarına görə qazanıb.
Lesli Keron
© AP Photo / Evan Agostini
Karen Blek (1939 - 2013) - ABŞ aktrisası, ssenarist, müğənni və bəstəkar, iki dəfə "Qızıl Qlobus" mükafatı laureatı.
Karen Blek
© AP Photo
Uels şahzadəsi Diana (1961 - 1997) - Britaniya kral ailəsinin üzvü, Uels şahzadəsi Çarlzın birinci arvadı (8 sentyabr 2022-ci ildən - Böyük Britaniya kralı III Çarlz). Diananın 1997-ci ildə Parisdə avtomobil qəzasında həlak olması ictimaiyyətin kədərlənməsinə və bütün dünyada medianın geniş işıqlandırılmasına səbəb olub.
Uels şahzadəsi Diana
© AP Photo / Herman Knippertz
Pamela Anderson (1967) Kanada əsilli ABŞ aktrisasıı və modelidir. O, daha çox "Malibunun xilaskarları" televiziya serialında CJ Parker rolu ilə tanınır.
Pamela Anderson
© AFP 2024 / Thomas SAMSON
Liv Tayler (1977) ABŞ aktrisası, prodüseri və keçmiş modeldir. O, "Qeyri-adi Halk", "Robot və Frenk" və s. filmlərdə rol alıb.
Liv Tayler
© Andy Kropa / Invision / AP
Serenay Sarıkaya (1992) - Türkiyəli aktrisa və model. O, "Lalələrin zamanı", "Nağıl" və s. seriallarda rol alıb.
İyulun 1-də dünyada baş verən tarixi hadisələr
1751-ci ildə dünyanın ilk ensiklopediyasının birinci cildi nəşr olunub. Onun nəşri ideyası hələ 1747-ci ildə fransız yazıçısı və dramaturqu Deni Didro tərəfindən irəli sürülüb. O, bu layihənin həyata keçirilməsinə 25 il vaxt sərf edib. Nəşr 35 cilddən ibarət olub.
1940-cı ildə Yaponiya şəkər və kibrit ticarətinə məhdudiyyətlər tətbiq edib. 2009-cu ildə Rusiyada qumar oyunlarına federal qadağa qoyulub.