BAKI, 1 iyul - Sputnik. Şimali Atlantika Alyansının Ukraynada münaqişəni gərginləşdirmək üçün atdığı addımlar Rusiya ilə ABŞ arasında böyük beynəlxalq münaqişəyə səbəb ola bilər.
Bu barədə Vaşinqtondakı Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun rəhbəri, tarix professoru Piter Kuznik “The American Conservative” (TAC) ilə söhbətində danışıb.
O hesab edir ki, Moskva ilə Vaşinqton arasında mümkün beynəlxalq münaqişə 1962-ci ildəki Kuba raket böhranına bənzəyəcək.
Eyni zamanda, NATO-nun Ukraynadakı hərəkətləri Rusiya Federasiyası ilə hərbi-siyasi blok ölkələri arasında silahlı qarşıdurmaya səbəb ola bilər.
Kuznikin fikrincə, Moskva və Şimali Atlantika Alyansı gərginliyi azalda bilər. Bunun üçün onlar mövcud müqavilələrə hörmət etməli və “mötədil mövqe” saxlamalıdırlar.
Bundan əvvəl ABŞ-ın keçmiş Prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydenin tezliklə ABŞ-ı III Dünya müharibəsinə sürükləyəcəyini bildirmişdi.