BAKI, 1 iyul — Sputnik. Rusiya BMT Təhlükəsizlik Şurasının sədri olub. O, bu vəzifəni iyulun 1-dən başlayaraq bir ay müddətində icra edəcək.
Rusiya Federasiyası bu işdə iyun ayında sədrlik edən Cənubi Koreyanı əvəz edib. Ümumilikdə Moskva qarşıdakı ay üçün üç əsas tədbir planlaşdırıb.
Birincisi, çoxtərəfli əməkdaşlığa dair açıq debatdır. Rusiya bu tədbir vasitəsilə iştirakçı ölkələri ədalətli, demokratik və davamlı dünya nizamına yaxınlaşdırmaq istəyir. Plana görə, iyulun 16-da yeni qlobal "təhlükəsizlik tənliyi" məsələsi qaldırılacaq.
Növbəti mühüm mövzu Yaxın Şərqdəki vəziyyətin həllidir. İyulun 17-də bu məsələ ilə bağlı debatlar keçiriləcək.
Nəhayət, üçüncü tədbir iyulun 19-da baş tutacaq. O, BMT-nin regional təşkilatlarla əməkdaşlığına dair Təhlükəsizlik Şurasında müzakirələrə həsr olunacaq. Onların arasında KTMT, MDB və ŞƏT var.
Bundan əvvəl bildirilmişdi ki, iyulda Ukrayna hərbçilərinin Sevastopol ərazisində törətdiyi terror aktı da müzakirə olunacaq. Ukrayna Silahlı Qüvvələri cinayətdə Amerika texnikasından istifadə edib.