DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KTMT NATO-nun Şərqi Avropadakı fəaliyyətinə nəzarət edir - Tasmaqambetov

Tasmaqambetov vurğulayıb ki, hazırda təşkilatda olan qüvvə və vasitələrdən istifadənin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
Sputnik
BAKI, 1 iyul — Sputnik. KTMT formatında hərbi komponentin gücləndirilməsi məsələsinə baxılmır, lakin NATO-nun Şərqi Avropadakı fəaliyyətinə nəzarət edilir. Bu barədə Belarusun Belta xəbər agentliyinə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirib.
"Şərqi Avropanın kollektiv təhlükəsizlik regionundakı vəziyyət, əlbəttə ki, təşkilatın diqqət mərkəzindədir. Hazırda KTMT formatında hərbi komponentin gücləndirilməsi məsələsinə baxılmır, lakin təşkilat səmərəli fəaliyyət göstərir, koordinasiya və qərarların qəbulu mexanizmləri ona istənilən çağırış və təhdidlərə operativ reaksiya verməyə imkan verir", baş katib bildirib.
Tasmaqambetov vurğulayıb ki, hazırda təşkilatda olan qüvvə və vasitələrdən istifadənin təkmilləşdirilməsi istiqamətində işlər aparılır.
Baş katib onu da qeyd edib ki, KTMT heç bir təşkilat və ya ölkə qarşısında əks qüvvəyə çevrilməyi qarşısına məqsəd qoymur.
"Prinsipcə, həm təşkilat, həm də onun üzvləri blok düşüncəsindən imtinanın tərəfdarıdır. Bu əməkdaşlıq imkanlarını azaldır və çox vaxt belə birliklərin iştirakçılarının milli suverenliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır", Tasmaqambetov bildirib.
Eyni zamanda, o vurğulayıb ki, NATO-nun hərəkətləri izlənilir və təhlil edilir.