RUSİYA

Boqdanov Livanın Moskvadakı səfiri nələri müzakirə edib?

Söhbət zamanı Yaxın Şərqdə davam edən gərgin vəziyyətlə bağlı ətraflı müzakirə aparılıb.
Sputnik
BAKI, 1 iyul — Sputnik. Rusiya Prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi, Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Boqdanov və Livanın Moskvadakı səfiri Şauki Bu Nassar Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Onlar Fələstin-İsrailin münqaişəsinin bölgədəki digər dövlətlərə qarşıdurma üzrə genişlənməsinin yolverilməzliyini vurğulayıblar. Bu barədə Rusiya XİN-in məlumatında deyilir.
"Söhbət zamanı Yaxın Şərqdə davam edən gərgin vəziyyətlə bağlı ətraflı müzakirə aparılıb. Eyni zamanda, Rusiya tərəfi ərazi bütövlüyü və suverenliyi dəstəkləməkdə dəyişməz mövqeyini təsdiqləyib. Qəzza zolağında silahlı qarşıdurma mənbəyinin daha da genişləndirilməsinin və region dövlətlərinin buna cəlb edilməsinin yolverilməzliyi vurğulanıb", - məlumatda bildirilir.
Qeyd olunub ki, tərəflər Rusiya-Livan münasibətlərinin aktual məsələlərini, o cümlədən müntəzəm siyasi dialoqun və nümayəndə heyətlərinin fikir mübadiləsinin davam etdirilməsini də müzakirə ediblər.
Görüş livanlı diplomatın təşəbbüsü ilə baş tutub.