BAKI, 1 iyul — Sputnik. Belarusun Ukraynanın istənilən təxribat ssenarisinə cavabı var, lakin biz Minskin gücünü tətbiq etmək istəməzdik. Bunu Belarus prezident administrasiyasının rəhbəri Dmitri Krutoy deyib.
Bundan əvvəl Belarus Silahlı Qüvvələrin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirmişdi ki, Ukrayna ilə sərhəddə vəziyyət ağırdır, vəziyyət hər gün dəyişir, yaxşılığa doğru deyil. Onun sözlərini Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti öz Telegram kanalında yayımlayıb.
"Hərbçilərimiz münaqişənin lap əvvəlindən cənub sərhədimizdə bütün vəziyyəti çox diqqətlə izləyir. Bizim istənilən ssenariyə cavabımız var" - Krutoy jurnalistlərə bildirib.
O əlavə edib ki, Belarus sülhsevər ölkədir.
"Əgər heç kim bizə kənardan hücum etməsə, biz də heç kimə problem yaratmayacağıq", - Krutoy yekunlaşdırıb.