VİDEO

Bakılıların nostalgiyası: sakinlər nəyi xatırlayırlar?

Bu gün - 1 iyul Ümumdünya Bakılılar Günüdür. Bu gün rəsmi bayram kimi qeyd olunmasa da, artıq bütün Bakı sakinləri üçün ənənə halını alıb. Gəlin bir az nostalgiyaya dalaq.
Sputnik
Bakı dünyanın ən beynəlmiləl şəhərlərindən biridir. Burada yetmişdən artıq millətin nümayəndələri birgə mehriban yaşayır. Amma bakılılar haqqında həmişə deyirlər ki, onlar ayrıca bir millətdir.
Qeyri-rəsmi olsa da, Ümumdünya Bakılılar Günü bayramından necə yan keçmək olar? Əsilləri İçərişəhərli olan sakinlərin Bakını necə xatırladığına videomuzda baxın.