HƏRBİ

Rusiya hərbi gəmiləri Bakı limanını tərk ediblər

Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.
Sputnik
BAKI, 30 iyun - Sputnik. Azərbaycanda qeyri-rəsmi dostluq səfərində olan Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər flotiliyasının "Volqodonsk" kiçik artilleriya və "Anatoli Qujvin" hidroqrafiya hərbi gəmiləri iyunun 30-da Bakı limanını tərk ediblər.
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər
Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Səfər çərçivəsində gəmi heyətləri üçün mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakı şəhərində gəzinti təşkil edilib. Eyni zamanda Azərbaycan və Rusiya hərbi dənizçiləri arasında futbol və voleybol üzrə yoldaşlıq görüşləri keçirilib.
Rusiya Xəzər flotiliyasının hərbi gəmiləri Bakı limanını tərk ediblər
Hərbi dənizçilərimizin qələbəsi ilə başa çatan hər iki görüşün sonunda komandalara kubok və medallar təqdim edilib.