HADİSƏ

Qaxda ağır qəza: Bir ailənin 3 üzvü ölüb, 7 nəfər yaralanıb - VİDEO

Qəza Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Sputnik
BAKI, 30 iyun - Sputnik. Qaxda ağır yol qəzasında bir ailənin üç üzvü ölüb, ikisi xəsarət alıb.
Qəza iyulun 29-da axşam saatlarında Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində ölənlər Şəki rayon Cəfərabad kənd sakinləri, “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanovadır. Həbib Qurbanov və Gülnarə Qurbanova qəza zamanı hadisə yerində, Aygün Qurbanova isə xəstəxanada dünyasını dəyişib.
1 / 4

Qaxda ağır qəza

2 / 4

Qaxda ağır qəza

3 / 4

Qaxda ağır qəza

4 / 4

Qaxda ağır qəza

Qəza zamanı ailənin 2 azyaşlı uşağı da daxil olmaqla , digər avtomobilin sürücüsü Fərid Abdullayev və hər iki nəqliyyat vasitəsində olan 6 sərnişin xəsarət alıb.
Xəsarət alanlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.