BAKI, 30 iyun - Sputnik. İsrail ABŞ prezidenti Co Baydenin təklif etdiyi, Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsini nəzərdə tutan plana sadiq qalır.
Bunu Yəhudi Dövlətinin Baş naziri Benyamin Netanyahu deyib və onun həyata keçirilməsinə bütün maneələrin Fələstinin radikal HAMAS hərəkatı tərəfindən yaradıldığı fikrini ifadə edib.
“Girovlarımızı azad etmək kimi müqəddəs missiyaya gəlincə, İsrailin prezident Baydenin dəstəklədiyi azad etmə planı ilə bağlı mövqeyində heç bir dəyişiklik yoxdur. Bu gün hamı sadə bir həqiqəti bilir: girovlarımızın azad edilməsinə yeganə maneə HAMAS-dır. Diplomatik və hərbi təzyiqləri birləşdirərək, onların hamısını - 120 girovu geri qaytaracağıq. Həm diriləri, həm də ölüləri” - Netanyahu Nazirlər Kabinetinin həftəlik iclasında bildirib (APA).
14.01.24, 20:30
Netanyahu: İsrailin HƏMAS-la müharibəsi aylarla davam edəcək
İsrailin HƏMAS-a qarşı müharibəsi uzun aylar davam edəcək.
Bunu İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin 2024-cü il dövlət büdcəsinin təsdiqi ilə bağlı hökumət iclasını açarkən deyib.
"Aydın oldu ki, biz müharibəni aparmalıyıq və bu, hələ çox aylar çəkəcək. Ona görə də bu gün hərbi büdcəni önə çəkirik. Bu, müharibə vəziyyətində olduğumuz ilin büdcəsidir. Bu, bizdən planlaşdırdığımızdan daha çox təhlükəsizlik xərcləri tələb edir. Həmçinin başa düşürük ki, İsrail dövlətini bir çox malların xarici satınalmalarından, yerli satınalmalardan, yerli istehsal imkanlarından asılılıqdan azad etmək üçün çoxillik plana investisiya qoymalıyıq", - Netanyahu bildirib.
"Hazırda ilk növbədə, müharibə xərclərini ödəməyimiz tələb olunur ki, bu da cari ildə müharibə aparmağımıza və HƏMAS-ın zərərsizləşdirilməsi, girovlarımızın geri qaytarılması, həm şimalda, həm də cənubda təhlükəsizliyin bərpası da daxil olmaqla hədəflərinin yerinə yetirilməsini başa çatdırmağımıza imkan verəcək", - Baş nazir əlavə edib.
“100 gün əvvəl HƏMAS-ın yırtıcıları İsrail dövlətinə soxuldular, vətəndaşlarımıza təcavüz etdilər, yandırdılar və girov götürdülər. Biz onların yarısını geri qaytardıq, onların hamısının istisnasız olaraq evə qayıtması üçün hər şeyi edirik və bu səylər ardıcıl davam edir. Biz bunları müharibənin digər məqsədlərinə çatmaqla eyni vaxtda tamamlayacağıq”, - Netanyahu vurğulayıb.