BAKI, 30 iyun - Sputnik. 2024-cü ilin ilk beş ayında Honkonq Rusiya almazlarının idxalını illik ifadədə 18 dəfə artırıb.
Bu barədə “RİA Novosti” Honkonq Statistika Bürosunun məlumatlarına istinadən xəbər verib.
Bu ilin yanvar-may ayları ərzində Honkonq Rusiyadan 657,3 milyon dollar dəyərində brilyant alıb. Ötən il eyni rəqəm 36,5 milyon dollar olub.
Beləliklə, Rusiya Federasiyası Asiya iqtisadiyyatının üçüncü əsas almaz tədarükçüsü olub. Rusiyanın payı il ərzində 1%-dən 12%-ə yüksəlib.
Hindistan Honkonqa almaz tədarükündə lider olaraq qalır (2,9 milyard dollar), ikinci yerdə İsrail (716,6 milyon dollar) gəlir. Hər iki ölkə öz almazlarını hasil etmir.
Əvvəllər bildirilmişdi ki, Vaşinqton sənaye iştirakçılarının bu tədbirləri tənqid etməsi səbəbindən Rusiya almazlarına tətbiq edilən sanksiyalara yenidən baxır.