BAKI, 30 iyun - Sputnik. İyunun 30-u saat 09:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Milli Hidrometeorologiya Xidmətinin iyunun 30-u saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Düşən yağıntının miqdarı Zaqatalada 22 mm, Gədəbəydə 13 mm, Naxçıvan, Daşkəsən, Lerik, Göygöl, Şahbuz, Qax, Şəmkir, Gəncə, Yardımlı, Şəki, Balakəndə 4 mm-dək olub.
Sinoptiklərin iyunun 29-na verdiyi narıncı xəbərdarlığa uyğun olaraq şərq küləyinin sürəti Naftalanda 24 m/s, Culfada 22 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Göytəpədə 18 m/s olub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 33, Aran rayonlarında 32, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.
İyulun 1-i axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, qısamüddətli leysan xarakterli olacağı, şumşək çaxacağı, dolu düşəçəyi ehtimalı var.
***
İyunun 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu 27-32° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 40-50 % olacaq.
Azərbaycanın bəzi rayonlarında arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu 26-31°, dağlarda 13-18° isti olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.