CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 28 iyun

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə "Sputnik Azərbaycan"ın icmalında oxuyun.
Sputnik
BAKI, 28 iyun — Sputnik. İyunun 28-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gün, həmçinin tarixə düşən hadisələr də baş verib.
İyunun 28-də kim anadan olub?
Həsən bəy Zərdabi (1837 - 1907) - Azərbaycanın ictimai xadimi, maarifçi və publisist. Azərbaycan dilində ilk qəzet olan "Əkinçi"nin yaradıcısı.
Həsən bəy Zərdabinin heykəli
Barat Şəkinskaya (1914 - 1999) - Azərbaycan SSR xalq artisti, teatr və kino aktrisası. 1935-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası olub.
Barat Şəkinskaya
Eldar Əzizov (1957) - Bakı şəhəri icra hakimiyyətinin başçısı (2018-ci ildən).
Eldar Əzizov
Jan-Jak Russo (1712 - 1778) - Fransız-İsveçrə filosofu, dövrünün yazıçısı və mütəfəkkiri, bəstəkarı. Xalqın bilavasitə idarə etmə formasını - bu gün də, məsələn, İsveçrədə istifadə olunan birbaşa demokratiyanı tədqiq edib.
Jan-Jak Russonun büstü
Türkan Şoray (1945) türk kinoaktrisası, ssenarist və rejissorudur. Xaricdə onu "Şərqin Elizabet Teyloru" adlandırırlar.
Türkan Şoray
Aleksandr Pankratov-Çyornıy (1949) - sovet və rus aktyoru, kinorejissor, Rusiya Federasiyasının xalq artisti.
Aleksandr Pankratov-Çyornıy
Con Kyusak (1966) - ABŞ kinoaktyoru, prodüseri və ssenaristi. "Qaçaq", "Sən yatarkən", "Hava həbsxanası" və s. filmlərdə rol alıb.
Con Kyusak
İlon Mask (1971) – ABŞ-dan olan sahibkar, mühəndis və milyarderdir. "SpaceX" şirkətinin təsisçisi, baş direktoru və baş mühəndisi, sərmayəçi, "Tesla"nın baş direktoru və məhsul memarı, "The Boring Company"nin təsisçisi, "Neuralink" və "OpenAI"nin həmtəsisçisi, "Twitter"in (X) sahibi.
İlon Mask
Leysan Utyaşeva (1985) - Rusiya gimnastı, bədii gimnastika üzrə əməkdar idman ustası, teleaparıcı, idman şərhçisi.
Leysan Utyaşeva
28 iyun tarixində dünyada baş verən tarixi hadisələr
1779-cu ildə Moskva su təchizatı sisteminin tikintisi haqqında fərman verilib.
1914-cü ildə Antanta ölkələri ilə Almaniya arasında Birinci Dünya Müharibəsinin başa çatmasını rəsmiləşdirən Versal müqaviləsi imzalanıb.
2015-ci ildə "Bakı 2015" birinci Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi olub.