Qarabağın dirçəlişi və reinteqrasiyası

Suqovuşan qəsəbəsinə 190 ailə köçürüləcək

Sputnik
BAKI, 28 iyun - Sputnik. Bu ilin sentyabr və oktyabr aylarında Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə 190 ailənin köçürülməsi nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, növbəti illərdə bu say dəfələrlə artacaq: “Artıq Ağdərə rayonunun Talış kəndinə 20 ailə köçürülüb. Ərazilərdə məskunlaşma sürətlə həyata keçirilir”.
O qeyd edib ki, artıq Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib.
Yusubov deyib ki, yaxın müddətdə Xocalıya daha 50 ailənin köçü həyata keçiriləcək: “Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub”.
Qarabağın dirçəlişi və reinteqrasiyası
İlin sonuna kimi Xocavəndə 53 ailə köçürüləcək